Nurəddin Mehdixanlının qızı ilə görüntülərini paylaşdı - “Gözəlliyi qarşısında ağzım açıq qaldı” - FOTO

17 May 2024
6647753d640cd202405241821
11547

Xalq artisti Nurəddin Mehdixanlının qızı Alagözün fotoları yayılıb.

Show.az xəbər verir ki, şəkilləri aktrisa Məlahət Abbasova paylaşıb. O bildirib ki, Alagözlə Şuşada tədbirdə olarkən tanış olublar. 

"Şuşada mənə gözəl bir qız yaxınlaşdı. Dedi ki, mən Nurəddin Mehdixanlının qızıyam. Gözəlliyi qarşısında ağzım açıq qaldı. Elə bil öz qızımdır. Demək ki, insan dostunun qızını da öz övladı kimi sevərmiş, bağrına basarmış. Nurəddin, Allah balalarının xoşbəxt günlərini sənə göstərsin" deyə, M.Abbasova bildirib. 

Qeyd edək ki, aktyorun Ayturan adlı daha bir qızı, Ərturan adlı oğlu var. N.Mehdixanlının Mədinə və Məryəm adlı iki nəvəsi var
NurəddinNurəddinNurəddinNurəddinNurəddin

BiG.Az