"Nikosayağı"nın qəzaya düşdüyü "Porsche" bu qiymətə satışa çıxarıldı - FOTO

10 Aprel 2024
Nikosayagi
5730

"Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirlinin qəzaya düşdüyü avtomobil satışa çıxarılıb. 

Show.az bildirir ki, "unikal"ın məlumatına görə, "Porsche" markalı avtomobil 20 min dollar ( 34 min AZN) qiymətində elan saytların birində yerləşdirilib. 

Qeyd edək ki, ötən ilin avqustunda N. Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, "Nikosayağı"nın qolu isə amputasiya edilib.