Nicatın səhhətində problem yarandı - Bu xəstəlikdən əziyyət çəkirmiş

07 Yanvar 2025
677c38c70c151202501251047
942

Aktyor Nicat Rəhimovun səhhətində problem yaranıb.

Bu barədə onun dostu Elşən Orucov “Xəzər axşamı” verilişində məlumat verib.  O bildirib ki, Nicat mərhum dostu Azər Baxşəliyevə həsr olunan proqrama qatılmalı olsa da, şəkərinə görə geri qayıdıb:

“Biz xahiş etdik, yoldan qayıtdı. Nicat da Azəri çox istəyənlərdən biri idi. Şəkər xəstəsidir, dörd gündür, şəkəri düşmür. O halda belə gəlirdi. İlkinlə biz xahiş etdik ki, qayıtsın. Çünki bilirik ki, özünü pis hiss edəcək. Möhkəm ol”. / Olay.az