Xanımından etiraz: Raquf Orucova qarşı olan ayrı-seçkiliyin səbəbini bilmək istəyirəm

Xanımından etiraz: Raquf Orucova qarşı olan ayrı-seçkiliyin səbəbini bilmək istəyirəm

Ölkə |07.11.2025 20:22 | 1259 baxış

"Pəncəli qardaşımızın ruhu şad olsun.Çoxdan Haqq etdiyi adına qovuşdu.Vahimə ana 10 ildir bu xəbəri gözləyirmiş...".

Bu sözləri şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı  Sevinc Orucova bildirib.

O,şəhid həyat yoldaşının haqq etdiyi  adının verilməməsindən gileylənib.

"Raquf Orucovun haqqının tanınması üçün mən və iki övladım neçə il gözləməlidir?

Hörmətli təqdimat yazan,Ali Baş Komandana təqdim edən Müdafiə nazirliyi rəhbərliyi,Prezident köməkçısi,

Nəzərinizə çatdırırıq ki,Raquf Orucovu hər bir azərbaycanlı Milli Qəhrəman kimi tanısa da,siz tanımırsınız.Səbəbini bilmək bizim haqqımızdır.

Hamıdan çox özümdən narazıyam.Mən necə hüquq müdafiəçisiyəm ki, Şəhidimin haqqını qazana bilmirəm? Raquf Orucova qarşı olan bu ayrı-seçkiliyin səbəbini bilmək istəyirəm!

Nəzərinizə çatdırım ki,aprel döyüşlərindən sonra MN-nin rəhbərliyinin Raquf Orucova layiq gördüyü təltifdən mən imtina etmişəm.

İndi də Nəcməddin Sadıqov yoxdur ki,bütün günahları onun üzərinə yönəldəsiniz.

Raquf Orucov adına ədalət istəyirəm!",deyə şəhid xanımı bildirib. Qeyd edək  ki, Raquf  Orucov  2016- cı ilin  aprel döyüşləri zamanı  şəhid olub.O,göstərdiyi qəhrəmanlıqlara görə Murovun Qartalı deyə adlandırılırdı./ Oxu24.com

🔁 Oxşar xəbərlər

📣

📣

📣