Tanınmış ifaçı faciəvi şəkildə vəfat etdi - Foto

Tanınmış ifaçı faciəvi şəkildə vəfat etdi - Foto

Dünya | 05.07.2025 18:57 | 613 baxış

Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Səs Azərbaycan”ın keçmiş işfirakçısı Albina Pyakşeyevanın ölməsi ilə bağlı yayılmış məlumatları təkzib edib.

Bu barədə Bakı Caz Fesrivalının direktoru Feysbukda məlumat yayıb:

“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır. Dünəndən etibarən şəbəkələrdə dezinformasiyalar gedir. Bunun hansı məqsədlə edildiyini bilmirəm, amma Albinaya ən yaxşısını arzulayıram və çox şadam ki, bütün bunlar sadəcə kiminsə səhvi və ya bilərəkdən etdiyi hərəkətlər olub”.

Qeyd edək ki, bir sıra KİV orqanlarında Leyla Əfəndiyevaya istinadən Albina Pyakşevanın ABŞ-da öldürülməsi haqda məlumatlar yayılmışdı. / Olay.az

***

Azərbaycanlı müğənni Albina Pyakşeva vəfat edib.

Bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva sosial media hesabında yazıb.

"Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb" deyə, o, paylaşımda bildirib.

Qeyd edək ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib. / Axşam.az

 

 
Paylaş:

🔁 Oxşar xəbərlər

📣

📣