Tanınmış müğənni Mənzurə Musayeva estetik əməliyyatdan sonra üzündə yaranan dəyişikliklərdən narazı qalıb. Müğənni bildirib ki, nəticə gözlədiyi kimi olmayıb və sifətində qeyri-təbiilik yaranıb.
“Sifətimin bir tərəfini dartıblar, o biri tərəf olduğu kimi qalıb. Dörd ay keçib, həkim deyir hələ də şiş var. Baxanda özümü tanımıram,” – deyə şikayətlənib.
Sənətçi məsələ ilə bağlı hüquqi addım atacağını da istisna etməyib.