Şəbnəm Tovuzludan zəhləm gedir – Mətanətdən həmkarına SƏRT SÖZLƏR

Şəbnəm Tovuzludan zəhləm gedir – Mətanətdən həmkarına SƏRT SÖZLƏR

Şou Biznes |22.02.2026 11:26 | 463 baxış

“Rəngarəng” verilişində qonaq olan müğənni Mətanət Əsədovadan həmkarı Şəbnəm Tovuzlunun ünvanına sərt sözlər səsləndirib.


Show.azxəbər verir ki, müğənni aparıcının sualına cavab olaraq deyib ki, Şəbnəm Tovuzludan zəhləsi gedir:



“Ondan zəhləm gedir. Çıxsın nə deyir desin. Əgər bir insan səndən böyükdürsə, 100 il də mahnı oxuya, tamaşaçı toplaya bilərsən, baxış sayın da çox ola bilər. Amma başından böyük danışarsansa, mən bilirəm necə edərlər. Mətanət Əsədova sadəlik, insanlıq edirsə, məclisdə toy sahibinin xatirinə susursa, səsini kəs otur yerinə. Əsəbləşməyim, kiminsə ürəyin qırmayım deyə, sakit gedə bilərəm. Mən həkim deyiləm, cərraham, birdəfəlik kəsirəm. Bunları ümumiyyətlə deyirəm, xoşum gəlməyən adam haqqında deyirəm. Onun adını çəkmirəm. Mənim itirəcək heç nəyim yoxdur: nə evimdə uşaq gözləmir, həyat yoldaşım demir ona nəsə olsa neyləyəcəyəm. Mən tək yaşayıram, kef edirəm, qayda ilə də danışıram”.

Paylaş:

🔁 Oxşar xəbərlər