Quranda bunlar yoxdur

Quranda bunlar yoxdur

Mədəniyyət | 18.05.2025 21:39 | 146 baxış

Quranda olmayanlar

Qurandakı İslama qarşı xurafat “İslamı”. Aşağıda sıraladığım şeylər Quranda yoxdur. Uydurma hədislərdən gəlib.

1. Rəcm (daşqalaq) cəzası.
2. Hz İsanın və hz Mehdinin zühuru.
3. Təravih namazı.
4. Oruc pozulanda 60 gün kəffarə.
5. Türbədən, övliyadan, pirdən yardım istəmək.
6. Mürtədin (dindən çıxmış) öldürülməsi.
7. Müsəlmanlardan başqa hamıya kafir gözü ilə baxmaq.
8. Muta nigahı (siğə).
9. Ölüyə 3, 7, 40 keçirmək.
10. Hz Peyğəmbərin ayı böldüyünü sanmaq.
11. Hz Peyğəmbərin 9 yaşlı uşaqla evləndiyini sanmaq.
12. Qəbir əzabı və qəbir sual cavabı.
13. Qadının dini və ağlı yarımçıqdır hesab etmək.
14. Quranın tam olmadığına inanmaq.
15. Qadını döymək.
16. Namaz qılmayanı əvvəlcə döymək, yenə qılmasa öldürmək.

17. Zəkatın 1/40, 1/10 miqdarları.
18. Övliyaların, şeyxlərin şəfaət verə bilməsini zənn etmək.
19. Uydurma Merac hadisəsi (Quranda sözü gedən İsra hadisəsidir).
20. Qurandan kənar halal, haram hökmlərinin qoyulması.
21. Həcc ziyarətində şeytan daşlamaq.
22. Məhərrəm ayında baş yarmaq, sinə vurmaq, özünə xətər yetirmək.
23. Məscidlərdə ələm saxlanılması.
24. Ölülərə Quran oxumaq.
25. Məzhəblərə bölünmək. Müctəhidə təqlid etmənin vacibliyi.
26. Möhürlə namaz qılmaq.
27. Namazı və duaları ancaq ərəbcə etmək.
28. İslamın nəql dini olduğunu qəbul etmək.
29. Qiyamətin nə vaxt qopacağının vaxtını hesablamaq.
30. Saqqal saxlamaq.
31. Məhəmməd peyğəmbərin kasıb olduğuna aid yalanlar uydurmaq.
32. Məhəmməd peyğəmbərə cadu edilməsi.
33. Cənnət dilinin ərəb dili olacağını deyərək ərəb dilini ilahlaşdırmaq.
34. Peyğəmbərin oxuma-yazma bilmədiyini deyərək iftira atmaq.
35. Dini, Quranı öyrətmək müqabilində pul almaq.
36. Qabırğadan yaradılmaya inanmaq.
37. Bacı-qardaş evliliyinə (insestə) inanmaq.
38. Kişinin qadından üstün olması.
39. Qadının boşanma haqqının olmamamsı.
40. Peyğəmbərin kimlərisə sağlığında Cənnətlə müjdələməsi.
41. Musiqinin, rəsmin, videonun, şahmatın, nərdin, heykəlin haram olması.
42. Quranda nəsh və mənsuhun olmasına inanmaq.
43. Əhli Beytdən 14 nəfərin məsumluğu yalanı.
44. Quranda evlilik yaşı yoxdur deyib pedofiliyaya meyil.
45. Quran çətindir, anlaşılmazdır, sən anlamazsan hədisi oxumalısan, şeyxə, mollaya qulaq asmalısan deyib Qurana iftira atmaq.

Bu yazdıqlarım İslamın təməli, tək mənbəyi olan Quranda yoxdur. Hamısı Allah, Peyğəmbər düşmənlərinin uydurduğu nağıllardan götürülüb. Bunların böyük əksəriyyəti yəhudi, ərəb-müşrik, hind, iran, şamanizm və digər mədəniyyətlərdən zaman-zaman İslama əlavə edilmişdir.

Paylaş:

🔁 Oxşar xəbərlər

📣