"Qələt elədim 1 dəfə öpüşdüm" - Xalq artisti bu hərəkətinə görə peşman olub

Şou Biznes | 03.06.2025 14:47 | 863 baxış

Xalq artisti Firəngiz Mütəllimova açıqlaması ilə diqqət çəkib.

Efirlərin birində qonaq olan aktrisa çəkildiyi filmdən danışıb.

O, "Bəyin oğurlanması" filmindən epiodik rolunun necə ona sevilib yadda qaldığını xatırlayıb:

" O filmdə qələt elədim traktorda bir dəfə öpüşdüm. Epizodik sevgi hekayəsi idi. Əsas ana xəttdə baş qəhrəmanların sevgisi idi.

Hətta fikirləşmişdim ki, "Bəyin oğurlanması"dan sonra başqa filmə çəkilməyəydim. Bütün Azərbaycanın tanınmış aktyorları, hamısı o ekran işində rol almışdı. Gör, mən kimlərlə çəkilmişəm?!". / Milli.az

Paylaş:

🔁 Oxşar xəbərlər

📣