Əməkdar artist Vasif Məhərrəmli sərt açıqlması ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, müğənni toylarda onlara verilən şabaşı sosial şəbəkədə paylaşan həmkarlarını hədəf alıb.Sənətçi bu hərəkətinə gülünc olduğunu bildirib:"Acizanə dərəcədə sizdən xahiş edirəm: toyda, nişanda əlinizə pul verəndə paylaşmayın. Bizə milyonlar baxır, siz kimlərinsə hissləri ilə oynayırsınız. Baxmayaraq orada böyük məbləğ yoxdur. Amma o pula ehtiyacı olanlar var. Eyni zamanda o pul kimlər üçünsə bir milçək vızıltısıdır. Onları da özünüzə güldürürsünüz. Manaf Ağayevin də yayımladığı eyni tərzdə olan videonu sildirmişəm".