Qod Nisanov oğluna toy edir - Onlarla quda olur

Qod Nisanov oğluna toy edir - Onlarla quda olur

Şou Biznes |15.08.2025 15:04 | 2959 baxış

Rusiyanın Azərbaycan əsilli milyarderi Qod Nisanov oğluna toy məclisi təşkil edir. 

Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, toy  iş adamının özünə məxsus sarayların birində təşkil olunacaq.

Qod Nisanovun qohum olduğu ailəyə gəlincə, bildirilir ki, iş adamı  öz yaxın qohumları ilə quda olur.

Qod Nisanovun Azərbaycanın yüksək vəzifəli şəxslərlə yaxınlığını nəzərə alsaq,  o zaman həmin şəxslərin də toya dəvətli olması şübhə doğurmur. 

Ancaq son zamanlar Rusiya ilə yaşanan gərginlik fonunda azərbaycanlı nazirlərin bu toya gedəcəyi inandırıcı deyil.

Qeyd edək ki, elə bu günlərdə DİN rəhbəri Vilayət Eyvazov Rusiyada təşkil olunan tədbirdə iştirakdan imtina edib.

Paylaş:

🔁 Oxşar xəbərlər