“Öz ərinə dözə bilməyənlər gedib başqasının ərinin kaprizini çəkirlər”
Aparıcı Şəbnəm Naibli münasibətlərdən danışarkən bəzi qızların davranışını tənqid edib.
O bildirib ki, əvvəllər oğlanlar qızlarla tanış olmağa daha çox təşəbbüs göstərirdilər, lakin indi bunun əksini müşahidə etdiyini deyib:
“Əvvəllər oğlanlar qız dalınca düşürdülər, tanış olmağa çalışırdılar. Bu gün isə şəhərdə qızlar daha çox oğlanlarla tanış olmağa meyillidirlər. Dörd-beş qız bir masada oturur, yanında oğlan olanda gözləri ilə yeyirlər. Belə qızlar var. Amma təbii ki, bunu hər qıza şamil etmək düzgün deyil. Rəfiqəsi, dostu ilə gələn qızlar da var”. / Showmedia.az