Müğənni Kəmalə Günəşli sosial şəbəkədə səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Sənətçi, oğlunun onun işlərinə qarışmağa haqqı olmadığını ifadə edib:
“O mənə heç vaxt heç nə deyə bilməz. Onun mənə nəsə deməyə ixtiyarı yoxdur. Mənim qazandığımla dolanır, mən onun qazandığı ilə yox. Nə vaxt anasını özü dolandırar, onda fikir bildirə bilər.
Ev ana-atasız heçnədir. Min övlad belə valideynin yerini verə bilməz. Uşaqların hamısı bir gün böyüyüb öz yoluna gedir. Beş oğlun, on qızın olsa belə, hamısı qonaqdır, vaxtı gələndə çıxıb öz həyatını yaşayacaq”. / Sowmedia.az