Nəfəsə qulaq asanla evlənməyin - Vəkildən məsləhət

Nəfəsə qulaq asanla evlənməyin - Vəkildən məsləhət

Ölkə |04.11.2025 19:34 | 956 baxış

Vəkil İsrafil Əlili subay xanımlara müraciət edərək ailə qurmaq istədikləri şəxsin musiqi zövqünə diqqət etməyi tövsiyə edib.

O, “Thread” hesabında musiqi zövqünün insanın xarakterini və dünyagörüşünü əks etdirən vacib göstərici adlandırıb:

“Ailə quracağınız oğlanın dinlədiyi musiqi çox önəmlidir. Musiqi zövqü insan barədə çox şeyi deyir. Məsələn, namizədiniz müğənni Nəfəs fanatıdırsa, evlilik məsələsini ciddi düşünün. Əgər həm o, həm də siz o tipli mahnıların vurğunusunuzsa, ehtiyatlı olun, evlənməklə genefondumuza zərər vura bilərsiniz”. 

Onun bu fikri qısa zamanda sosial şəbəkələrdə rezonans doğurub və geniş müzakirəyə səbəb olub. / Yenisabah.az 

🔁 Oxşar xəbərlər

📣

📣

📣