Azərbaycanlı tanınmış aparıcı Lətafət Ələkbərova müğənniliyə başlayıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Ələkbərova qatıldığı toyda həm aparıcı həm də müğənni kimi çıxış edib.
Məclis Rusiyanın Sankt-Peterburq şəhərindəki restoranlardan birində baş tutub.
Xatırladaq ki, Lətafət Ələkbərova bu günə qədər bir çox telekanallarda müxtəlif layihələrdə çalışıb. O sonuncu dəfə ARB TV-də "Onun sirri" verilişinin aparıcısı olub. / baku.ws