“Məhəllə” daha bir sakinini itirdi...

“Məhəllə” daha bir sakinini itirdi...

Şou Biznes |29.09.2025 22:48 | 534 baxış

Bu gün vəfat edən Əməkdar artist Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub.

 

1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Təqaüddə olan polis polkovnik-leytenantıdır.

 

image

 

1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olmuşdur.

 

 

image

 

 

2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

 

 

image

 

 

 

Ailəlidir, 4 övladı var. AMEA—nın müxbir üzvü, İspaniya Kral Akademiyasının üzvü, professor, İqtisad Elmləri doktoru Qorxmaz İmanovun oğludur.

 

Azərbaycanın Əməkdar artisti, aktyor Tahir İmanovun qardaşıdır. Azərbaycanın Xalq artisti, Şöhrət ordenli bəstəkar Süleyman Ələsgərovun nəvəsidir. / Olay.az

 

Mərhum aktyor müxtəlif illərdə bu layihələrdə rol alıb:

 

Etimad telefonu (film, 2001) — Tahir

 

Bir anın həqiqəti (film, 2003) — Əkbər Usubov

 

Məhəllə (film, 2003) — Elşən (Eliş)

 

Məhəllə 2 Moskvada (film, 2004) — Elşən (Eliş)

 

Tam məxfi (film, 2004) — İsrafil

 

Məşədi İbad-94 (film, 2005)—Qoçu

 

Qorxma, mən səninləyəm! 1919 (film, 2013)

 

Bir kəndin sevinci (serial 2012)-serjant

 

Ölülər XXI əsr (film, 2016)

 

Ağanatiq (film, 2017) — Ağanatiq

 

Bəxt üzüyü 2 (film, 2017)

 

Məhəllə 3 (film, 2019) — Elşən (Eliş)

 

Ağanatiq 2 (film, 2021) — Ağanatiq

 

 

imageimageimageimageimage

🔁 Oxşar xəbərlər

📣

📣

📣