Lənkəran rayonu Xolmili kənd tam orta məktəbinin məzunu Şirinli Əliyyiəkbər Rafiq oğlu böyük uğura imza atıb.
O, müsabiqədənkənar formada ADA Universitetinin Kompüter elmləri (tədris ingilis dilində) ixtisasına qəbul olunub.
Xatırladaq ki, Əliyyiəkbər Şirinli həm iki dəfə Respublika Fənn Olimpiadasında, həm də Sinqapurda keçirilmiş Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında bürünc medal qazanaraq fərqlənib. / Bizim Lənkəran