Konsertə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır - Nadir

Konsertə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır - Nadir

Şou Biznes |31.07.2025 08:29 | 1031 baxış

“Ölkədə nə baş verdiyindən xəbərim yoxdur. Konsertə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır. İnsanlarımızın bir qismi xaricdə, bir qismi bahalı çimərlik və hotellərdə dincəlir. Bu çox sevindiricidir. Bütün ölkəni buna aid etmək olmaz. Hər ölkədə olduğu kimi bizdə də xırda problemlər var.

Bu sözləri Demokrat.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib.

Ümumillikdə, bu gün vətəndaşlarımız 300-500 konsertə pul verə bilirsə, demək ki, imkan var. Mənim 500 manatım olsaydı, gedib özümə qəşəng parfüm alardım. 2 ay onu istifadə edərdim. Öz payıma deyirəm ki, israfçı deyiləm. Mən getməzdim. İnsanlar özləri işləyib, qazanır. Özləri də hara, necə istəyir xərcləyərlər”.

Paylaş:

🔁 Oxşar xəbərlər