“Kəramətin illik qazancı 300-400 min manatdır”.
Yazar Əhməd Həmid “Brodkast” kanalında qonaq olarkən Azərbaycanda yazıçıların qazanc imkanlarından danışıb:
“Kəramətin illik qazancı hardasa 300-400 min manat həndəvərindədir. Kərəmət Böyükçöl Azərbaycanda ən yüksək tirajla kitab çıxaran yazardır. Onun 6 minə yaxın tirajla çap olunan kitabları var. İndi isə yeni kitabını 20 min nüsxə ilə çap etdirməyə hazırlaşır.
Əlbəttə, Azərbaycanda yazarlar çox qazana bilmir. Bazar kiçikdir, imkan məsələsidir. Yəqin ki, yazıçılıq Azərbaycanda daha çox ikinci iş və ya hobbi kimi görülə bilər. Dünyada da vəziyyət əsasən belədir. Bəzi yazarlar sıyrılıb çıxaraq yalnız yazıçılıqla dolana bilirlər, amma Azərbaycanda bu, çox çətindir”. / Showmedia.az