Hafiz Hacıyev: Mən o qızların üzünə tüpürəcəm!

Hafiz Hacıyev: Mən o qızların üzünə tüpürəcəm!

Şou Biznes |21.01.2026 21:16 | 5591 baxış

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Sevinc və Sevil bacılarının Azərbaycan manatını təhqir edən hərkətə yol verilməsinə münasibət bildirib.Hafiz Hacıyev Oxu24..com-a deyib ki, Sevil-Sevinc bacıları ilə üzbə-üz gəlsə onların üzlərinə tüpürəcək. Partiya sədri qeyd edib ki, onların televiziyada canlı yayımda Azərbaycanın milli manatını cırması Azərbaycan xalqını təhqir etmək deməkdir. “Biz bilmirik o bacılar hansı barda tərbiyə alıblar, ama onların canlı efirdə milli manatı cırması Azərbaycan Konstitusiyasını, Azərbaycan xalqını təhqir etmək deməkdir. Onlar o tərbiyəyə malikdirlər ki, çıxıb canlı efirdə Azərbaycanın milli manatını cırırlar. O bacıların hələ ki, ölkəmiz üçün bir qəpik də olsun xeyri dəyməyib. Belə şeyləri mən kəskin pisləyirəm”.

Paylaş:

🔁 Oxşar xəbərlər