Günay Pərvinə söz atdı:

Günay Pərvinə söz atdı: "İnandırıcı deyil"

Şou Biznes |18.11.2025 14:09 | 113 baxış

Model Günay Musayeva aktrisa Pərvin Abıyevanın "Türkiyədən təklif almışdım, şərtləri çətin idi" açıqlamasına münasibət bildirib.Milli.Az xəbər verir ki, o, sənətçinin səsləndirdiyi fikirləri real hesab etmədiyini deyib:"Uzun illərdir müxtəlif serial və filmlərdə rol alıram, amma Pərvinin bəhs etdiyi kimi şərtlərlə qarşılaşmamışam. Hər layihədə müqavilə olur, modellikdə də razılaşma imzalanır. Amma o dediyi şərtləri ilk dəfə eşidirəm, mənə inandırıcı gəlmir".O, Pərvin Abıyevaya simpatiyası olduğunu vurğulasa da, bəzi açıqlamaların şişirdildiyini düşündüyünü əlavə edib:"Hərdən saytlarda oxuyuram ki, guya Türkiyədən təklif gəlib, o da qəbul etməyib. İnsanlar niyə belə danışmaq məcburiyyətində qalır, anlaya bilmirəm. Ona görə də hər deyilənə inanmaq lazım deyil".Günayın çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Paylaş:

🔁 Oxşar xəbərlər