Faiqin kəbinli arvadı var imiş - Şok etiraf

Faiqin kəbinli arvadı var imiş - Şok etiraf

Şou Biznes |23.09.2025 09:13 | 193 baxış

Xalq artisti Faiq Ağayev açıqlaması ilə diqqət çəkib.

 

“Gün ortası” verilişində qonaq olan sənətçi ailə qurmamasının səbəbini açıqlayıb.

 

O, bunun sənəti ilə əlaqəli olduğunu deyib: “Mənim kəbinli arvadım var, o, mənim sənətimdir. Hamıdan çox qısqancdır, tələbkardır, hamıdan çox mənə sığal çəkir və dəstək verir.

 

Həyat “kopya” deyil ki, hamıda eyni cür olsun. Bizim həyatımız valideynlərimizin həyatına bənzəmir, bizim övladlarımızın da həyatları bizimkilərə oxşamır. Sənətim elə tələbkar həyat yoldaşıdır ki, evlənmək üçün gərək onunla boşanım. Onu da etmək istəmirəm, sənətimi çox sevirəm.

 

Sənətimdə tam oluram, Faiq Ağayev oluram. Tək qalmağa məqam tapmıram. Ancaq başımı yastığa qoyanda tək oluram. Qalan vaxtlarda ya işçilərimlə oluram, ya da anamla”. / Bizim.Media

 

Paylaş:

🔁 Oxşar xəbərlər