Ərdoğanın paraddakı bu sözləri alqışladı: Həsrətəm Qarabağa, uğrunda ölə bilərəm

Ərdoğanın paraddakı bu sözləri alqışladı: Həsrətəm Qarabağa, uğrunda ölə bilərəm

Ölkə |08.11.2025 16:21 | 390 baxış

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

“Bundan 45 gün əvvəl əslən qarabağlı olan böyük bir şairimiz rəhmətə getdi. Mərhum Yavuz Bülənd Bakilər Qarabağa olan həsrətini bu misralarla dilə gətirmişdi:

Torpağına bayraqlarla girə bilərəm.

Qara sevdalılar kimi həsrətəm Qarabağa.

Uğrunda ölə bilərəm.

Bir gün bitərsə hər şey Qarabağı görmədən,

İstəmərəm lentlər, çələnglər.

Allahım, ruhuma bir az rahatlıq ver.

Üstümə oxunmuş bir neçə ovuc mübarək Qarabağ torpağı səpilsə, kifayət edər.

İllər boyu şairlər Qarabağ üçün belə həsrət dolu şeirlər yazmışlar. İlham qardaşımın liderliyi altında Azərbaycan Ordusu Qarabağı işğaldan qurtararaq, könüllərdəki 30 illik yanğını da söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında hüzur var, inkişaf var, barış, rifah və azadlıq var”, - Ərdoğan vurğulayıb. / Axar.az

🔁 Oxşar xəbərlər

📣

📣

📣