Əməkdar və Xalq artistləri görün dövlətdən nə qədər təqaüd alırmış

Əməkdar və Xalq artistləri görün dövlətdən nə qədər təqaüd alırmış

Şou Biznes |30.01.2027 01:54 | 1 baxış

Azərbaycanda mədəniyyət, elm və digər sahələrdə xidmət göstərmiş fəxri ad sahiblərinin aylıq təqaüdləri cəmiyyət üçün maraqlı mövzulardan biridir.

Xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı adını daşıyan şəxslər hər ay 300 manat təqaüd alırlar.

Əməkdar ad sahibləri – əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar müəllim, əməkdar həkim, əməkdar mühəndis, əməkdar memar, əməkdar dövlət qulluqçusu və digər titul sahibləri hər ay 200 manat təqaüd alırlar.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, ölkədə fəxri adlara görə təqaüd alanların sayı 4 701 nəfərdir. Onlardan 243 nəfər “Xalq”, 4 458 nəfər “Əməkdar” fəxri ad sahibləridir.

Paylaş:

🔁 Oxşar xəbərlər