Bir müddət öncə məşhur Azərbaycan müğənnisinin Ərdəbildə çıxış etdiyi məkan qapadılıb.
İran mətbuatı yazır ki, Ərdəbil əyalətinin prokuroru Cəlal Afaqinin əmri ilə tanınmış Azərbaycan müğənnisi Damlanın çıxış etdiyi məkan bağlanıb.Məlumata görə, prokuror bildirib ki, müğənni qanunları pozub və hüquq- mühafizə orqanları bu işlə ciddi məşğul olur.Müğənninin baş örtüksüz səhnədə çıxışı alqışla qarşılanıb. Buna baxmayaraq, yayılan videodan sonra İran dövlətinin buna yanaşma tərzi də istisna edilməyib.
Məlumatı Damlanın prodüsseri təsdiqləyib: “Damla xanım İranda getdiyi yerlərdə başıörtülü olub, Təkcə maşına əyləşəndə və qadınlar olan məkanda, yəni salonda olan görüntülərini yayıblar”.