Camaat bir dəfə ərə gedə bilmir, mən 2 dəfə getmişəm - Qalmaqallı sözlər

Camaat bir dəfə ərə gedə bilmir, mən 2 dəfə getmişəm - Qalmaqallı sözlər

Şou Biznes |11.11.2025 21:36 | 1350 baxış

Müğənni Aygül Səfərova şəxsi həyatı ilə bağlı etiraf edib.

Onun verdiyi açıqlama ilə sosial mediada maraq doğurub.

İfaçı şəxsi həyatı barədə səmimi fikirlərini bölüşüb:

"Mən evdə qalan qıza oxşayıram? Camaat bir dəfə ərə gedə bilmir, mən iki dəfə ailə qurmuşam. Üç yaşında Ömür adlı bir oğlum var. Ərimdən ayrılsam da, haqqını dana bilmərəm, o, övladına qarşı çox yaxşı atadır".

Səfərova bildirib ki, ayrılıqdan sonra da münasibətləri qarşılıqlı hörmət çərçivəsində davam edir:

"Aramızda hər şey bitib, amma mədəni şəkildə salam-sağolumuz qalıb".

Müğənninin bu açıqlaması izləyicilər tərəfindən müzakirələrlə qarşılanıb. / milli.az

🔁 Oxşar xəbərlər

📣

📣

📣