Azərbaycan yığmasının futbolçusu Mahir Emreli sosial şəbəkə hesabında sevgilisi Dilarə Səlimlə şəkillərini paylaşıb.
Almaniyanın "Nürnberq" klubunu tərk edən hücumçu ailəsi ilə İbizada (İspaniya) istirahət edir.
Emreli gələcək karyerası ilə bağlı yekun qərar verməyib. Onun növbəti mövsümə Bundesliqada çıxış edən "Sankt-Pauli"də start verəcəyi gözlənilir. / Bizim.media