Aygün Kazımovanın bu mahnısında etik olmayan sözlər var imiş - Sərt tənqid

Aygün Kazımovanın bu mahnısında etik olmayan sözlər var imiş - Sərt tənqid

Şou Biznes |08.06.2027 21:27 | 1 baxış

“Mahnının sözləri həm bayağıdır, həm də mənəvi baxımdan uyğun deyil”
Ədəbiyyatşünas və tənqidçi Əsəd Cahangir çıxışında Aygün Kazımovanın “Onun adı nə idi?” mahnısını sərt tənqid edib.
O, müasir musiqidə melodiyanın yoxa çıxdığını, ritm və məzmunsuz sözlərin ön plana keçdiyini bildirib:
“Yaradıcılıq da çılpaqlığa çevrildi. Nə bilirsən elə, nə istəyirsən yaz, nə istəyirsən oxu. Məsələn, xalq artisti Aygün Kazımovanın “Onun adı nə idi?” mahnısı uzun müddətdir reklam olunur. Sosial şəbəkələrin hər birində bu mahnı ilə bağlı görüntülər paylaşılır. Aygünün bəlkə də 200-300 paltarı var. Hər dəfə də fərqli bir qiyafədə görünür, özü də eyni mahnı üçün. Xarici ölkədən klip çəkmək üçün adam dəvət edilir, böyük təmtəraq yaradılır. Bəs bunun arxasında nə dayanır?
Nə musiqisi ciddi mənada musiqidir, nə də sözləri. Mahnı fasiləsiz şəkildə eyni ritmin təkrarlanmasından ibarətdir. Sözlər də eynidir, üç-dörd sadə və bayağı ifadənin təkrarından başqa bir şey deyil. Üstəlik, əxlaqi baxımdan da uyğun sayılacaq məzmun yoxdur. “Onun adı nə idi?” necə bir ifadədir? Əgər iki insan arasında həqiqətən məhəbbət olubsa, sən onun adını necə unuda bilərsən? Məhəbbət kimi gözəl bir hiss belə mahnılarla bayağılaşdırılır”. / Showmedia.az

Paylaş:

🔁 Oxşar xəbərlər