Atam bu dünyadan xoşbəxt getdi - Arif Babayevin oğlu

Atam bu dünyadan xoşbəxt getdi - Arif Babayevin oğlu

Ölkə |02.08.2025 11:03 | 1758 baxış

“Gələn hər kəsə dərin təşəkkürümü bildirirəm. Atam bu dünyadan xoşbəxt getdi...”

Bu sözləri Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev xanəndə ilə vida mərasimində çıxış edərkən bildirib.

“Son günlərdə ona göstərilən sevgi, diqqət və qayğı onun üçün çox böyük mənəvi dayaq idi. O, xalqının sevgisini hiss edərək, əhatəsində doğmalarını, dostlarını, tələbələrini görərək bu dünyaya vida etdi”, - deyə Y. Babayev söyləyib. / Qafqazinfo.az

Paylaş:

🔁 Oxşar xəbərlər