Arıqlama dərmanı və çoxlu limonlu su içən Şəbnəm Tovuzlunun halı pisləşib. O, evdə huşunu itirərək yıxılıb və Təcili Tibbi yardım çağırılıb.
Bu haqda şair Nazilə Səfərli məlumat verib. O bildirib ki, ötən gün Şəbnəmin ürəyi gedib və səhhəti pisləşib:
"Şəbnəmgilə qonaq gedirdim.Zəng etdim cavab vermədi. Qızı telefonu açdı ki, anamın vəziyyəti pisləşib. Arıqlama dərmanı içib, bir də limonlu su. Başı gicəllənib yıxılıb. Təzyiqi düşüb. Şərbət vermək istəyirlər, ağzı açılmır. Təzyiqi düşüb 60-a. Şəbnəm gözünü açdı ki, başının üstündə Quran açdılar. Arıqlama dərmanı içməyin. Şəbnəm 5 dəqiqənin içində ölmüşdü, ağzından köpük gəlirdi".