Show.az xəbər verir ki, Günayın sinif rəhbəri canlı yayıma telefon vasitəsi ilə qoşulub. Müəlliməsinin səsini eşidən Günay kövrəlib və gözyaşlarına hakim ola bilməyib.
Aparıcı hisslərini bu sözlərlə ifadə edib:
"Mən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Faiq Rəfiyev adına 166 nömrəli məktəbdə oxumuşam. Nə yaxşı ki, varsınız. Məni çox kövrəltdiniz. Bu efir yaddaşıma yazıldı. Bir anlıq məktəb illərinə qayıtdım və o hissləri yenidən yaşadım. Baharə xanım mənə çox doğma olan bir müəllimdir. Mən sinif nümayəndəsi idim. Onun bütün işləri mənimlə olurdu, bütün məsuliyyət mənim çiyinlərimdə idi. O mənə çox güvənirdi".
Ətraflı videomaterialda: