"Toydan sonra dedilər ki, qızınıza açıq-saçıq gəlinlik geyindirmisiz"

"Toydan sonra dedilər ki, qızınıza açıq-saçıq gəlinlik geyindirmisiz"

Ölkə |22.10.2025 08:34 | 690 baxış

Bir neçə gün öncə yaşadığı evdə meyiti tapılan 19 yaşlı Ləman Məmmədlinin atası Murad Bayramov danışıb: 

"Guya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla, oğlanın 35-36 deyil, 33 yaşı var. Elçilik, qız toyu da könüllü və qarşılıqlı razılıq əsasında baş tutub. Hətta nişanlısı Elnurla rəsmi nikah da bağlamışdılar. Həmin andan Ləman Bayramova rəsmən Məmmədli soyadını daşımağa başladı.

Qız toyundan sonra Elnur ata- anası ilə birgə bizə gələrək əməlli-başlı dava saldılar ki, bu nə biabırçı, açıq-saçıq gəlinlikdir qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxunun geyindiyi gəlinlik paltarıdır. Amma qarşı tərəf sakitləşmədi, mübahisəni davam etdirdilər. Sonrakı gün də mübahisə davam etdi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardıq. Amma artıq gec idi. Qızım da bunlara dözmədi. Məyusluq, psixoloji sarsıntı keçirən qızım canına qıydı.

Elnur və valideynləri yas mərasiminə gəlsələr də, buna icazə verməyib, onları qovdum". / Teleqraf.az

🔁 Oxşar xəbərlər

📣

📣

📣