11-ci sinif şagirdi Azərbaycanda bir ilkə imza atdı - FOTO

11-ci sinif şagirdi Azərbaycanda bir ilkə imza atdı - FOTO


( ! ) Deprecated: htmlspecialchars(): Passing null to parameter #1 ($string) of type string is deprecated in /home/showyrkk/public_html/news.php on line 293
Call Stack
#TimeMemoryFunctionLocation
10.0001379752{main}( ).../news.php:0
20.0109407312htmlspecialchars( $string = NULL ).../news.php:293
|
( ! ) Deprecated: strtotime(): Passing null to parameter #1 ($datetime) of type string is deprecated in /home/showyrkk/public_html/news.php on line 295
Call Stack
#TimeMemoryFunctionLocation
10.0001379752{main}( ).../news.php:0
20.0110407424strtotime( $datetime = NULL ).../news.php:295
01.01.1970 04:00 | 42 baxış

Elm və Təhsil Nazirliyi yanında fəaliyyət göstərən Şəki Kimya-Biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadə təhsildə əldə etdiyi uğuru ilə ölkəmizdə bir ilkə imza atıb. 

Show.az Bizim.media-ya istinadən xəbər verir ki, məktəbli dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan, ABŞ-nin Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetindən qəbul olub. 

Kolumbiya Universitetinə qəbul olunan tələbələrin bir faizinə xüsusi alimlik-araşdırma təqaüdü verilir. Bu, tələbəyə ilk ildən araşdırma işinə limitsiz imkanlar təmin edən çoxyönlü təqaüddür və həmin universitetin ən önəmli təqaüdüdür. Dəniz Məmmədzadə də həmin təqaüdü alacaq tələbələr arasındadır.

Fevral ayında Dəniz Məmmədzadə BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv (UNYAC) seçilib.

Həkim ailəsində böyüyən Dəniz Məmmədzadə şahmat və musiqi sahələrində də bir sıra uğurlara imza atıb. Ötən il Almaniyada təşkil edilən olimpiadadan da qızıl medalla qayıdıb.

Qeyd edək ki, Dəniz Kolumbiya Universitetində tibbi mikrobiologiya sahəsi üzrə təhsil alacaq.

Paylaş:

🔁 Oxşar xəbərlər