Nazirin qadın köməkçisi ilə görüntüləri qalmaqala səbəb oldu - Üzr istəmək əvəzinə... - Foto
17 Yanvar 2025

1208
Xəbər verdiyimiz kimi, bu gün Mariana Vasileva gənclər və idman naziri müavini vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun məlumatına görə, adıçəkilən şəxsin bu postdan uzaqlaşdırılacağı gözlənilən idi.
Səbəb isə bəllidir. Məsələ burasındadır ki, dekabrın 31-də Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Azərbaycan Gimnastika Federasiyasını (AGF) Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən tədbirlərdə iştirakdan 180 gün kənarlaşdırıb. Buna səbəb Azərbaycan milli komandasının sabiq baş məşqçisi, gənclər və idman nazirinin artıq keçmiş müavini Mariana Vasilevanın idmançılara qarşı fiziki zorakılıqda ittiham edilməsidir. Onun özü isə ömürlük diskvalifikasiya edilib.
Marina xanımın ona görə vəzifəsindən uzaqlaşdırılması gözlənilən idi ki, ölkədə idmanın ciddi və sağlam şəkildə təbliğinə böyük önəm verən Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyeva həmişə nizam-intizamı ön sırada dayandığını dəfələrlə vurğulayıb. Məhz dövlət başçısının rəhbərliyi dönəmində idmana çox böyük diqqət və qayğı göstərilib. İdmançılarımızın beynəlxalq arenada uğurlu çıxışından sonra cənab Prezidentin şəxsən onlara zəng etməsi, onların həyat şəraitinin yaxşılaşdırılması üçün göstərişlər verməsi də bu qayğının bariz nümunəsidir.
Qeyd olunan sahəni kurasiya edən şəxslərin də dövlət başçısının bu siyasətindən nümunə götürüməsi vacibdir. Ancaq baş verən son olay Azərbaycan idman camiəsini təəssüfləndirməyə bilməz.
Marina xanımla yanaşı, gənclər və idman naziri Fərid Qayıbovun atdığı addım daha təəssüfləndiricidir. Belə ki, nazirin Mariana Vasilevanın işdən çıxarıldığı gün onunla selfisini paylaşması başadüşülən deyil.
Bu fotonu başqa necə izah etmək olar? Məsələn, biz gözləyirdik ki, sosial şəbəkələrdə aktiv olan cənab nazir, ən azından müavininin Azərbaycan idmanına baha başa gələn xoşagəlməz davranışına görə üzr istəyəcək. Amma əvəzində Fərid Qayıbov bu gün onun vətəndaş qəbulunda iştirakını təmin edib, nazirliyin dövlət səviyyəli tədbirinə aparıb. Görünür, Fərid Qayıbov Mariana xanımın işdən çıxarılmayacağına çox əmin imiş. Amma onun unutduğu bir şey var idi: Cənab Prezidentin qətiyyəti!
Fərid Qayıbov bu selfini paylaşmaq əvəzinə, nəzərə almalıydı ki, gənclər və idman naziridir. Xoşagəlməz davranışa məruz qalanlar isə Mariana xanım deyildi, gənclər və idmançılar idi...
Emin Səfərov
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Xəbər Lenti
Toy görüntüləri müzakirə olunan gəlin danışdı - Buna səbəbə görə Murtuza ilə evlənib - Video
15.04.2025
Mərhum bəstəkar Nailə Mirməmmədlinin qızının toyudur - Foto
14.04.2025
İllər əvvəl boşanan müğənni subay oğlanla ailə qurubmuş - Təklif ondan gəldi - Foto
13.04.2025
Prezidentin nəvələri ilə görüntüləri maraqla qarşılandı - Foto
12.04.2025
Kişi üzünü görmədiyi tiktokçu qadına 500 manat göndərdi, həqiqəti biləndə şok oldu - Foto
11.04.2025
Afərin! Repetitor yanına getmədən 300 bal topladı - Foto
10.04.2025
"Space"də ərinə başqa kişi ilə xəyanət etdiyini dedi, biabırçılıq yaşandı: Müğənnidən şok etiraf
10.04.2025
İçində 80 min olan pul çantasını itirdi - Azərbaycanlı müğənniyə şok
07.04.2025
Aylıq 70 min qazanıram deyən Aysundan şok sözlər: Evim səviyyəli yerdədir
06.04.2025
Əri olmayan aparıcı uşaq dünyaya gətirib? - Şok gerçəklər üzə çıxdı
05.04.2025
Redaktor seçimi
"Əsas zahiri görünüşdür, qadın 30 yaşı keçdisə onu..." - Aparıcı görün nələr danışdı
20.09.2024
O müğənni azərbaycanlı məşhurun gəlini imiş - Foto
09.09.2024
Zaur Günaya ad günündə belə romantik sürpriz etdi - Video
08.09.2024
Maaşları 43% artırılıb, iki mislində də əlavə edilib - Yeni deputatlar bu qədər məvacib alacaq
07.09.2024
Şuşada 32 ildən sonra keçirilən ilk toydan fotolar
07.09.2024
Hidayət Heydərova lüks hədiyyə verildi - Foto
03.09.2024
Saatı 37 min, geyimi 24 min olan azərbaycanlı məşhurlar – VİDEO
19.08.2024
Film kimi həyat hekayəsi: 40 il əvvəl boşandığı ərini qocalar evində tapdı - VİDEO
12.08.2024
Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
19.07.2024
Dostunu bıçaqladı, həyat yoldaşı onu tərk etdi: Meyxana kralını hönkür-hönkür ağladan nə idi? - FOTO
12.07.2024