Namiq Qaraçuxurlu başına gələn qəzadan danışdı

13 May 2024
Namiq Qaracuxurlu
531

ARB telekanlında yayımlanan "Yollar bizi ayırmasın" verilişinin növbəti buraxılışı meyxanaçı Namiq Qaraçuxurluya həsr edilib.

News365.az baku.ws-ə istinadən bildirir ki, o layihədə illər əvvəl keçirdiyi qəzadan danışıb. 5 il əvvəl sənətçi toylardan birindən qayıdarkən maşınını yolun kənarında saxlayıb.

Avtomobildən düşərkən səkinin üzərində ayağı sürüşüb və yıxılıb. Həkimə aparılan Namiqin ayağında 3 sınıq aşkarlanıb. Meyxanaçı uzun müddət əsa ilə gəzməli olub.

Hətta o İrandakı konsertində əsa ilə iştirak edib.