Namiq Məna Xalq artistinə bağ evi hədiyyə edib? - VİDEO

30 May 2024
66594c0ae391e202405240322
989

Bir müddət bundan öncə meyxanaçı Namiq Mənanın Xalq artisti Fatma Mahmudovaya bahalı bağ evi hədiyyə etməsi ilə bağlı mətbuatda məlumat yayılmışdı.

Məsələ ilə bağlı Namiq Məna "danışa bilmirəm" deyib mövzudan yayınmışdı.

Xalq artistinin qızı "Qaynarinfo"ya açıqlamasında Fatma Mahmudovaya bağ evi hədiyyə olunmadığını bildirib:

"Bu, bir şou idi. Nə bağ evi? Yalandır. Sadəcə, veriliş idi, həmin bağ evində çəkilirdi. Evin yiyəsini tanımırıq. Qonaq kimi iştirak edib çıxmışıq"./yenisabah.az

***