Müşviqdən Zaura sərt sözlər: “Öz ailənə bax”

23 Sentyabr 2024
66edaea718388202409241935
241

Aktyor Müşviq Şahverdiyev ATV-də yayımlanan “Rəngarəng səhər” proqramına qatılmamasının səbəbini açıqlayıb.

“Xəzər axşamı” verilişinə gələn sənətçi aparıcı Zaur Nəbioğlunun onun haqda dediyi sərt sözlərə belə reaksiya verib:

“Birinci dedim ki, vaxtla bağlı problemim var. Evə vaxtında gedə, özümə zaman ayıra bilmirəm. Elə səviyyədəyik ki, hər addımımıza fikir verməliyik. Bəzi verilişlər olur ki, aparıcısı, qoyduğu sual ürəyimcə olmur. Həmin verilişdə olmaq istəmirəm. Heç kimin ailə həyatına qarışmıram. Adi xəbər oxuyanda belə, kimsə evləndi, ayrıldı üstündən keçirəm. Girib içinə oxuyanda, öz həyatını yaşamırsan. Qardaş, kiminsə həyatını müzakirə etmək olmaz, öz ailənə bax. Mən niyə ailə məsələmi efirdə danışmalıyam? Elə verilişlərdən bu tipli mövzulara görə imtina edirəm. Oradakı aparıcıların məntiqsiz sualına görə getmirəm. Özümə hörmət edirəm.

Nə deyirlər, komediya aktyoruyam, amma elə həddə gələndə sərt cavab verərəm. Arvad kimi efirdə danışmaram. Birbaşa sizə gələrəm, çağıraram və danışaram. Efirdə qılıncımı çıxarmaram. Kişi kişi ilə camaat qarşısında danışmaz. Qeybət xanıma aiddir, kişiylə kişi danışar, nəyinsə səbəbini öyrənər”.

Qeyd edək ki, Müşviqin həyat yoldaşı Aynurə ilə ayrılma xəbərindən sonra Zaur onu proqrama dəvət etmiş, qarşı tərəf isə söz versə də getməmişdi. / axşam.az