Aktyor Müşviq Şahverdiyev müğənni Təranə Qumralın verilişlərin birində söylədiyi “Müşfiq Şahverdiyev həyat yoldaşım Musa Musayevi parodiya etmir, təlxəklik edir” qalmaqallı sözlərinə cavab verib. 

Show.az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda aktyor qonaq olduğu “Zarafat bir yana” verilişində danışıb. 
M.Şahverdiyev “Musa müəllimin parodiyasını Təranə xanım təlxəklik kimi görübsə, Musa müəllim nədirsə, onu da etmişəm” cavabı ilə yanan ocağı daha da alovlandırıb.