Murad Muradov vəfat etdi - FOTO

13 May 2024
6641bb661d555202405240406
1091

Gənc yazar, aparıcı Murad Muradovun dünyasını dəyişib.

Show.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.

Qeyd edək ki, 38 yaşlı M.Muradov 4 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirib.

Əvvəlcə onun ölüm xəbəri yayılsa da, Quba Mərkəzi rayon Xəstəxanasından vəziyyətinin son dərəcədə ağır olduğu açıqlanıb.

Onun beyin ölümü gerçəkləşsə də, ürəyinin işlədiyi bildirilirdi.