Murad Adıgözəlzadə bu skripkaçı xanımla ailə qurur? - Açıqlama - FOTO

10 İyul 2024
668e745504f2d202407244525
10525

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə həyat yoldaşı olan müğənni Aysel Teymurzadə ilə boşandığı barədə məlumat yayılıb.

Show.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, Murad Adıgözəlzadə Nəzrin Aslanlı adlı xanımla ailə həyatı qurmağa hazırlaşır. Nəzrin Aslanlı Azərbaycan Dövlət Filarmoniyasında çalışır. O, tanınan skripka ifaçısıdır.

Məsələ ilə bağlı Nəzrin Aslanlı Demokrat.az-a açıqlamasında məlumatı təkzib edib:

“Mən bu barədə məlumatı ilk dəfədir ki, eşidirəm. Murad Adıgözəlzadə sadəcə mənim rəhbərimdir, iddialar doğru deyil”.