Müğənni vəzifəli şəxsin maddi dəstəyindən danışdı : "Saf niyyətlə etdi, dedi yolunu azma"

27 Noyabr 2024
674b74ac8bd2c202412242516
166

"Bəzən elə düşünürlər ki, sən sənətçisənsə, çox üzr istəyirəm, düz yolda deyilsən. O insan da hamı kimi düşünürdü. Lakin məni tanıdıqdan, bir insan kimi qiymətləndirdikdən və dost olduqdan sonra dedi ki, niyə bu sənətdə hamı yolunu azmalıdır. Qoy saf bir insana da mən dəstək olum o, yolunu azmasın. Nəyəsə ehtiyacı olmasın".

 Bu sözləri müğənni Kəmalə Qaramollayeva deyib. "Space" telekanalında yayımlanan "Qadın çağı" proqramına qonaq olan ifaçı məmurlardan biri ilə bağlı verdiyi qalmaqallı açıqlamasına aydınlıq gətirib.  Kəmalə sənətdə ona maddi dəstək olan vəzifəli şəxsin bunu heç bir qarşılıq gözləmədən, saf niyyətlə etdiyini vurğulayıb.