Müğənni Damla toya uyğunsuz geyimdə gəldi - Foto

09 Oktyabr 2024
6706233090ecd202410243112
3266

Damla” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova geyimi ilə yenə də gündəmə səs salıb.
Toy məclisinə fərqli qısa saç düzümü, üzərinə isə ağ uzun qol köynək, qısa şort və eyni rəngdə uzun dəri çəkmələr geyinən sənətçinin qalmaqallı obrazı müzakirələrə səbəb olub.

Damlanın bu imici sosial şəbəkəyə yayıldıqdan sonra izləyiciləri qəzəbləndirib.

İfaçının geyiminin toya uyğunsuz və zövqsüz olduğunu hesab edən sosial şəbəkə əhli Damlanı yazdıqları şərhləri ilə tənqid ediblər.

Qeyd edək ki, həmin görüntüləri jurnalist Şahin Cavadsoy sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, sosial media istifadəçiləri Damlanın bu davranışını toy yiyəsinə hörmətsizlik olduğunu bildirib və onun toydan qovulmalı olduğunu irəli sürüblər.

 / Bizim.Media



 670611ff04a5a202410241751