“Millət görsün kim kişidir, kim dişi...” - Xalq artistindən Talehə ağır cavab

26 Aprel 2024
662b2a7262844202404241546
5513

Xalq artistləri Rasim Balayev və Əli Nurun "Alatava" serialında söyüş və jarqonlardan istifadə olunduğuna görə ekran işini tənqid etməsi müzakirəsiz ötürşməyib.

Belə ki, serialın ssenaristi və aktyoru Taleh Yüzbəyov sosial şəbəkədə filmi tənqid edən hər iki aktyora sərt cavab verib. O, Xalq artistini tərbiyəsiz adlandırıb.

Show.az Yenisabah.az-a istinadla xəbər verir ki, Xalq artisti Əli Nur da onu cavabsız qoymayıb.

“Danışıq var, “küçə danışığı", “bazar danışığı" var, səhnə, ekran danışığı var.  Səhnəyə, efirə küçə danışığı gətirmək olmaz!!! Əgər siz buna “təbilik" deyirsizsə... Sizin təbirinizcə “naturalizm", onda küçələrdə lüt gəzin. 

Natural, təbiiliyi bizim eradan əvvəl 45-ci ildə Mark Tuli Siseryon kultur, yəni mədəniyyət sözü ilə əvəzlədi. Düzdür, bəzi şairlər “həzliyyat" deyilən söyüş ifadə edilən şeirlər yazıb, lakin bunu səhnədən, efirdən səsləndirmək etikaya və insanlığa sığmaz. Həmin şairlər o şeirləri kiçik, qadın və uşaq olmayan məhəlli məclislərdə deyiblər. Əgər kişilikdən dəm vurursansa, efirə yığılaq, millət görsün kim kişidir, kim dişi...” -, deyə sənətçi Taleh Yüzbəyova cavab verib.