Meyxanaya trend və şounu gətirən cazibəli çirkin - Balaəli barədə şok faktlar

02 İyul 2024
6639aac48cd4e202405241500
1970

O, son 1 ildə meyxana sözü işlədiləndə adı ən çox yada düşən meyxanaçılardandır. Bir çox həmkarları, xüsusən klassik janrda meyxana deyənlər Balaəli Maştağalının adı gələndə qısqanclıqlarını gizlətmirlər. “Balaəlidən də yaxşı meyxana deyənlər var, o şou ilə  tanındı” desələr də, ortada bir gerçək var ki, o da Baləlinin çox populyar olmasıdır.

Show.az lent.az-a istinadən “Biorafiya” rubrikasında Balaəli Maştağalı barədə məlumat verir.

- Balaəli harada anadan olub?

Balaəli Oqtay oğlu Rzayev Bakının Maştağa kəndində anadan olub. 

- Balaəlinin neçə yaşı var?

Balaəli 1986-cı il avqustun 28-də anadan olub.

- Balaəlinin ailəsi haqqında nə məlumat var?

Balaəlinin atası Oqtay Rzayev ailəsini kasıblıq işçində dolandırmağa çalışmış insandır. Vaxtilə bazarda satıcılıq, restoranlarda kababçılıq kimi işlərlə məşğul olub. Balaəlinin anası bir neçə il öncə vəfat edib. Qardaşı ilə eyni həyətdə, Maştağa kəndində yaşayır.

- Balaəli ailəlidir?

Bəli.

- Balaəlinin övladı var?

Dəniz adlı azyaşlı bir qızı var?

- Balaəlinin avtomobili hansı markadır?

Balaəlinin qara rəngli “Range Rover” markalı avtomobili də özü qədər məşhurdur.

- Balaəli nə zamandan meyxana deyir?

Balaəli 10 yaşından meyxanaya meyl göstərib, orta məktəbi bitirəndən Bakı kəndlərində toy məclislərində meyxana deyərək özünü tanıtmağa çalışıb. Balaəli gənc yaşlarından Pərvizin, Aydının, Vüqarın, Rəşadın, Bayramın, Kərimin yanında meyxana deyib.

- Balaəli nə zamandan populyarlıq qazanmağa başlayıb?

2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan “De  gəlsin”  meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanıb.

- Balaəli həyətində heyvan bəsləyir?

Balaəlinin bir ağ atı var. O heyvanlara xüsusi maraq göstərdiyini deyib.

- Balaəli kiminlə duet oxumaq istəyir?

Balaəli  Xalq artisti Röya ilə duet oxumaq arzusunda olduğunu bildirib. “Bunu çoxdan arzu edirəm. Röya ilə duet oxumaq istəyirəm. Amma o bilmir. Gərək Röya xanım da bunu istəyə, təklifi qəbul edə”, -  deyə meyxanaçı bildirib.

- Balaəlinin ən böyük dərdi nədir?

Balaəli anasının vaxtsız itkisi ilə barışa bilmir. “Kaş bu günlərimi o da görəydi” deyir. “Bu gün hər şeyim var amma heç nəyim yoxdur. Anamdan sonra həyatım tör-töküntüdür, dağınıqdır. Anamı geri qaytarmaq üçün əlimdə olan hər şeyi verməyə hazıram. Amma heyf ki, mümkün deyil. Ən böyük arzum o idi ki, min əziyyətlə məni böyütmüş qadın kaş xoş günlərimizi görəydi”, deyə bildirib.

- Balaəlinin meyxanada ən böyük dostu kimdir?

Balaəli  hazırda həbsdə olan Rəşad Dağlını özünə ustad, böyük qardaş hesab edir. Etdiyi bütün çıxışlarda Rəşad Dağlının adını çəkərək ona sədaqətini elan edir. Rəşad Dağlı tutulandan sonra Balaəli daha da məşhurlaşdı. Rəşadın ən yaxın dostu olaraq, sanki meyxana məşəlini daşıyan o oldu. 

- Balaəli özünə niyə oğru şair deyir?

Baləlinin hər üç qafiyəsindən beşi “lotu şairəm mən”lə başlayır, “oğru şairəm mən”lə bitir. Kriminal dünyada “oğru” bir addır, statusdur.  Balaəli özünü bu dünyaya niyə yaxın hesab edir, bunun izahını vermir. 

-  Necə oldu ki, Balaəli hazırda ən məşhur meyxanaçılardan biri oldu?  Ən çox sevilən, ən çox arzulanan şairə çevrildi?

Meyxanaçılar bunu onunla izah edirlər ki, Balaəli sözə yox, söz ona xidmət edir. O daha çox getdiyi məclislərdə şou göstərir. Meyxana məclislərində Balaəlinin “trend qafiyələrini” gözləyir. Toylarda o mikrofonu əlinə götürəndə, xiridarlar “trend olsun Balaəli, trend olsun” deyərək qışqırırlar. Bilməyənlər üçün qeyd edək ki, “trend video” Yutubda ölkə daxilində ən çox baxılanlar siyahısına düşən video deməkdir. Doğrudan da, Balaəlinin açdığı musiqili qafiyələrin çoxu trend olur. Bir günə yüz minlərlə baxılır. Balaəliyə qədər  meyxana da ritm vardı və əsasən sözə, deyişməyə, bacarığa, çevikliyə, zəkaya, hazırcavablılığa, yumora fikir verilirdi. Bakı kəndlərinin koloriti, təbiiliyi özünü qədimyanə meyxanalarda göstərirdi. Kütləyə hesablanan fikirlər az idi. Heç bir meyxanaçı ayağa duranda “necə deyim ki, trend olsun” deyə fikirləşmirdi. Bir sözlə, meyxana şou yox, iş idi. Balaəli yeni bir mərhələ oldu. Balaəlinin gəlişi ilə  meyxanada məzmunun yerini forma tutdu. Əcaib-qərib qafiyələr  normal qəbul edilməyə başladı. Çətin əruz bəhrləri, yerini get-gedə  başqa dillərdən götürülmü kəlmələrdən ibarət qafiyələr tutdu.

- Balaəli estetik əməliyyat etdirmək istəyir?

Xarici görünüşü ilə başqalarından çox fərqlənən bu meyxanaçı dişlərini düzəltdirib. Gələcəkdə burnunda estetik əməliyyat etdirmək arzusu var.