"Meyxanaçılar uşaqlarımızın dinini, imanını, tərbiyəsini pozur" - Elza

31 Mart 2024
6608eb2472255202403244836
1614

Əməkdar artist Elza Seyidcahan meyxanaçıları tənqid edib.

Show.az xəbər verir ki, müğənni bu haqda yutubda yayımlanan "Şəbnəmlə iç üzü" layihəsində danışıb. O bildirib ki, meyxanaçılar qeyri-etik ifadələrdən istifadə edirlər:

"Bəzi meyxanaçılar bizim uşaqlarımızın dinlərini, imanlarını, tərbiyələrini pozurlar. Onlar söz tapmayanda, küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Vacib deyil ki, söz tapmırsansa, sus. Küçə sözlərini, pis vərdişlərlə bağlı sözləri uşaqlara aşılayırlar. Heç hərflərimizi, sözlərimizi də düzgün tələffüz etmirlər"./axsam.az