Məşhurlarımız görün hansı biznes sahibidirlər: Kim necə pul qazanır? - SİYAHI
Biznesin bir qızıl qaydası var. "Yumurtaların hamısını bir səbətə yığmaq olmaz”. Bu o deməkdir ki, maliyyəni müxtəlif sahələrə yatırmaq lazımdır ki, batanda hamısı batmasın. Azərbaycanda ən gəlirli sahələrdən biri toy biznesidir. Bəs görəsən yerli məşhurlarımız toy biznesindən əldə etdikləri qazancla hansı əlavə biznes qurublar?
Show.az lent.az-a istinadla məşhurların əlavə biznesləri barədə məlumatı təqdim edir:
Müğənni Rəqsanə oxumaqla yanaşı restoran biznesi ilə də məşğuldur. Klinikalar
Xuraman Şuşalı xınayaxdı təşkilatçısıdır.
Rəqqasə Fatimə həm müğənnilərə paltar kirayə verən dükan sahibidir, həm də xınayaxdı təşkilatçılığı edir.
Vəfa Şərifova da paltar kirayəsi ilə məşğul olur.
Faytonçu Nazim bahalı çörəklər satan dükan sahibidir.
Aktyor İlkin Həsəni "İlk media" reklam, film çəkilişləri edən şirkətin sahibidir.
Röya Ayxan neçə kiçik ev tikdirib, Nabrana istirahətə gələn turistlərə və ən əsası, ailəvi dincələnlərə kirayə verir. Həmin evlərin gündəlik qiyməti 50-150 manat arasındadır.
Xatirə İslam xınayaxdı mərasimləri təşkil etməklə özünə əlavə iş qurub.
Nazilə Səfərli də xınayaxdı təşkilatçılığı edir.
Rahidə Baxışova həm xınayaxdı təşkilatçılığı edir, həm də ev alqı- satqısı ilə məşğul olur.
Abbas Bağırovun "ABA" adlı şirniyyat evi var.
Sevil və Sevincin "SS" adlı ayaqqabı butikləri var. Sevil və Sevincin eyni adda dırnaq salonu və ətriyyat mağazası fəaliyyət göstərir.
Əməkdar artisti Nüşabə Ələsgərlinin paytaxtda bir neçə gözəllik salonu var.
Əməkdar artist, aktrisa Vəfa Zeynalova gözəllik salonu və iki kafe sahibidir.
Xəyyam Nisanovun "Little Smile" adlı uşaq əyləncə mərkəzi var.
Müğənni Emil Bədəlov bir neçə çay evinin və "S Group Travel" turizm şirkətinin sahibidir.
Ədalət Şükürov əvvəllər böyük biznes sahibi olduğunu desə də sonralar biznesini bağlayıb. Onun tikinti materialları satan dükanı var.
Rüfət Axundov avtomobil alveri ilə məşğul olur.