Məşhur cütlük ayrıldı: Ülviyyə özü açıqladı - FOTO

23 İyun 2024
66782576988ce202406243902
2799

Aktyor cütlük Murad İsmayıl və Ülviyyə Xəlilbəyova ayrılıb.

Show.az axsam.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb: 

“Mən və həyat yoldaşım heç bir zaman ailəmizlə gündəmdə qalmaq istəməmişik. Müəyyən səbəblər üzündən istəməsək də, belə alındı. 6 il ərzində bu ailəni qorumaq, uşaqlarımız üçün çox çabaladıq. Amma bəzən olmur. Hər iki tərəfin razılığı və qərarı ilə övladlarımızın sağlam psixologiyası üçün münasibətimizi sonlandırdıq. Qərarımıza hörmətlə yanaşan hər kəsə təşəkkürlər!”.

Qeyd edək ki, onların bu evlilikdən iki oğlu var.