Mərhum həyat yoldaşını görən Yusif Ağayev şok vəziyyətdə ayağa qalxdı - "Nə olar, söndürməyin" - VİDEO
“Mən həyat yoldaşım İradəni əvəz edə bilmərəm. Bu, mümkün deyil, heç vaxt ola bilməz. O elə bir qəlbə malik olan insan idi ki... Biz bir-birimizi tamamlayırdıq. Qəribədir... Biz o qədər bir-birimizə bağlı idik ki...”
Show.az xəbər verir ki, bu sözləri məşhur televiziya və radio aparıcısı Yusif Ağayev onun yaradıcılığına və şəxsi həyatına həsr edilən “O üz” verilişində deyib. İki qız övladı olan Yusif 2011-ci ildə dünyasını dəyişən həyat yoldaşı İradə xanımla bağlı xatirələrini bölüşüb:
“Kasıb günlərimiz də olub. Bunu isə heç kimdən gizlətmirəm. Amma bu bizim evdən kənara çıxmayıb və mənim kiçik məvacibimlə biz hər şeyi həll etməyə çalışmışıq. Evimiz belə yox idi. Kiçik bir otaqda mən, arvadım, uşaqlarım və anam yaşamışıq. Mən uşaqlarıma analarını heç zaman əvəz edə bilmərəm. Məni bu dünyaya bağlayan uşaqlarım və nəvələrimdir. Onları qoxlayanda elə bilirəm ki, dünyanın ən xoşbəxt insanıyam. Onlar olmasa, bəlkə də mən olmaram”.
/metbuat.az