“Mənim üçün sevgi puldur” deyən müğənniyə Zaurdan sərt cavab - Efirdə gərginlik - VİDEO

29 May 2024
6657332583647202405245237
1986

Müğənni Luna efirdə qalmaqallı açıqlamaları ilə gündəm olub.

“Rəngarəng” verilişində qonaq olan sənətçi “Sizin üçün sevgi nədir” sualına cavab olaraq bildirib ki, sevgi onun üçün puldu:

“Ailəmdən savayı mənim üçün sevgi puldu. 600 manat maaş alan kişi məni ala bilməz, heç mənlə sevgili də ola bilməz. Çünki mənim xərclərim var, tələbatlarım var ki,
bu gün mən 1 kişi ilə olsam o onları ödəmək məcburiyyətindədi. Mən işləyib ona baxacamsa nə edirəm o kişini ?”.

Ancaq Zaur Nəbioğlu bu fikirlərə etiraz edib və efirdə Luna ilə gərgin anlar yaşanıb.