"Mənim mahnılarımla pul qazanırdız, burnunuzdan gəlsin" - Nazənindən sərt açıqlama - VİDEO

16 May 2024
Nazenin
441
Nazənin qatıldığı "Xəzər axşamı" verilişində bəzi müğənniləri sərt tənqid edib.

O ad çəkməsə də bildirib ki, bəzi cənub bölgəsindən olan müğənnilər onu məhkəməyə verməklə hədələyiblər. Buna səbəb isə, müğənninin onların mahnılarını icazə almadan ifa etməsi kimi göstəriblər. Müğənni buna cavab olaraq efirdə öz iradını belə bildirib:

"Hamı bilir ki, mən cənub bölgəsindənəm və onları nə qədər çox sevdiyimə bir Allah şahiddir. Mən elə bir artığ hərəkət də eləmirəm ki, onlar məndən utanmasın. Amma çoxları var ki, mən onlardan utanıram, düzünü deyəcəm. Çünkü cənub bölgəsindən müğənnilər ki var, çox paxıldırlar və bir-birilərin ayağın altını qazırlar. Baxın mən iki dənə cənub bölgəsindən olan müğənninin mahnısın oxudum, inanın bunlara bir beş mərtəbə tərif elədim ki... Əvvəla heç onların mahnısı da deyildi, Elnur Valehin mahnısı idi. Gecə saat 3-də Pərvizi yığıblar ki, Nazənini məhkəməyə verəcəyik. Ay sizin burnunuzdan gəlsin! Bəs mənim mahnılarımla pul qazanırsız illərdir, bəs mənim yerimdə olsaydınız neyniyərdiniz?!".

Ətraflı videomaterialda: